Türkiyədə bir neçə məşhur şəxs narkotikə görə saxlanılıb
Türkiyədə aparılan narkotik araşdırması çərçivəsində 18 nəfər saxlanılıb. Saxlanılanlar arasında aktyorlar Aras Bulut İynemli, Melis Sezen, Nilperi Şahinkaya, repçi Sefo və keçmiş futbolçu Hasan Şaş da var.Bəzi şübhəlilərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, istifadəyə şərait yaratması və ya bunun üçün yer təmin etməsi ilə bağlı sübutlar əldə edildiyi bildirilir.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99d%C9%99-bir-ne%C3%A7%C9%99-m%C9%99%C5%9Fhur-%C5%9F%C9%99xs-narkotik%C9%99-g%C3%B6r%C9%99-saxlan%C4%B1l%C4%B1b

