Türkiyə və Azərbaycan iki sabitlik adasıdır - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyəni bölgədə sabitlik adaları adlandırıb.O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini, xarici işlər naziri Ceyhun Bayramovla isə geniş müzakirələr apardığını bildirib.Görüşlərdə Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması, eləcə də Türk dünyasının gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.Tərəflər iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji və nəqliyyat layihələri, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığı da müzakirə ediblər.Ankara Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə və ortaq hədəflər naminə birgə fəaliyyət göstərməyə davam edəcək.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99-v%C9%99-az%C9%99rbaycan-iki-sabitlik-adas%C4%B1d%C4%B1r-hakan-fidan

