Türk mediası Namiq Qaraçuxurludan yazdı

Türk mediası Namiq Qaraçuxurludan yazdı

Türkiyə mediası meyxanaçı Namiq Qaraçuxurludan yazıb.

“magazinavrupa.com” saytı sənətçinin Almaniyada çəkilən fotolarını bölüşüb.

“Qaraçuxurlu sevənlərinin qəlbini Kölndən fərh edəcək” başlıqlı yazıda meyxanaçının “Soyuqdur” adlı mahnısını orada klip çəkdirdiyi vurğulanıb.

“Tarixi Köln katedralı və Ren çayı mənzərəsinin yer aldığı yeni klip ilə Qaraçuxurlu pərəstişkarlarını sevindirəcək” deyə, yazıda qeyd olunub.

Ayşən Zeynallı