Tünzalə Ağayevadan təqdirəlayiq layihə

Tünzalə Ağayevadan təqdirəlayiq layihə

"Fərqliyəm - Sizdən biriyəm"

Əməkdar artist Tünzalə Ağayeva bu aralar yeni layihə üzərində işləyir.

Layihə autist uşaqlara həsr olunub və "Fərqliyəm - Sizdən biriyəm" adlanır. Musiqisi Tünzalə xanıma aid olan mahnının sözlərini Murad Arif yazıb.

Layihədə "Səs Azərbaycan" yarışmasının istedadlı, yaddaqalan iştirakçıları Samirə Əfəndi, Ruslan Alışan, Ləman Dadaşeva, Nərmin Kərimbəyova və Tofiq Hacıyev iştirak ediblər.

Tünzalə xanım bu layihənin necə yaranması haqqında danışıb: "Əslində bu layihə ikinci işimdir. İlk proyektim 2015-ci ildə "Tünzalə Cover" adı altında xeyriyyə və maarifləndirmə konserti olub. Bu ilki "Fərqliyəm - Sizdən biriyəm" layihəm iki formatda təqdim olunacaq və bir cox məhşurlarımız da qoşulacaq. Layihənin məqsədi cəmiyyətimizə daha cox autizm haqqında doğru bilgi vermək, bu mövzuya diqqət çəkməklə autist insanlara düzgün münasibət yaratmaq, onları bizdən biri bilmək ve həyatlarında mümkün qədər sərbəst yaşamaları üçün dəstək olmaqdır. Layihə yaxın günlərdə təqdim olunacaq".

Ayşən Zeynallı