Tünzalə Ağayeva: "Qızım məndən istedadlı olsaydı..."

Tünzalə Ağayeva: "Qızım məndən istedadlı olsaydı..."

"Dünyada hər gün yeni bir hadisə baş verir. Yeni ildə özümüzə sakit həyat arzulayıram. Buna çox ehtiyacımız var".

Bu sözləri açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib.

Müğənni 2017-ci ildəki planlarından danışıb:

"Bir dövlət məmurunun yaradıcılığı ilə tanış olub, onu kəşf etdim. Hobbisi şeir yaşmaqdır. O şeirlərə mahnı bəstələyəcəm. Maraqlı əsərlər ortaya çıxacaq. 2017-ci ildə bir çox layihələrim var. Eyni zamanda "Formula 1" oyunlarındakı səfir missiyamı yerinə yetirəcəm".

T.Ağayevə qızı Fidandan bəhs edib. O bildirib ki, övladı türkiyədə təhsil alır:

"Həmişə məndən soruşurlar ki, qızınız müğənni olacaq? Övladımın səsi yoxdur, əgər bilsəm ki, məndən istedadlıdır, ona dəstək olaram. Yayda 11-ci sinfi bitirəndə onun üçün "Son zəng" mahnımı oxudum. Fidanı da bura cəlb etdim. Ondan iki kəlmə alana kimi necə əziyyət çəkdim. Qızımı başqa peşənin sahibi kimi görmək istəyirəm. İndi Türkiyədə memarlıq fakültəsində oxuyur".

Ayşən Zeynallı