Canlı
Tünzalə Ağayeva məktəb açır

Tünzalə Ağayeva məktəb açır

Əməkdar artist Tünzalə Ağayeva uzun fasilədən sonra ilk dəfə efirə çıxıb. Yeniliklərindən danışan müğənni musiqi məktəbi açmaq istədiyini deyib. İfaçı "Hər şey daxil" proqramında bildirib ki, yaxın günlərdə bunu reallaşdıracaq: “O qədər müraciət edən var ki... Çox adam deyir ki, dərs verirsiz? Buna tələbat var. Gənclər var ki, yanlarında olmuşam. Hər bir peşəkar öz etdiyi üslubları kiməsə öyrətməlidir. Bir çox gənclər olub ki, onların yanında olmağa çalışmışam. Məktəb bir insanın öz üzərində dayanmır. Böyük bir məsuliyyətdir". Tünzalə dərs vermədiyini də bildirib: "Şəxsən dərs vermirəm. Çünki buna vaxt ayırmaq lazımdır. Mənim isə vaxtım yoxdur. Bir dərs minimum 1-2 saat çəkir. Bir uğurun arxasında status yazmaq, selfi çəkmək, qalmaqal yaratmaq dayanmır. Uğur, rəğbət və sevgi qazanmaqdır".

2019-01-11 / 17:07