Tünzalə Ağayeva  əsəbiləşdi

Tünzalə Ağayeva əsəbiləşdi

Əməkdar artist Tünzalə Ağayeva açıqlamasında bütün sosial şəbəkədə olan hesablarını bağlamaq istədiyini dilə gətirib.Bir çox məşhurlar kimi o da sosial şəbəkədə yersiz tənqidlərə məruz qalır: "Bir var sağlam şəkildə tənqid, bir də var ki, sağlam şəkildə olmayan tənqid. Sağlam tənqidlərə çox normal baxıram. Amma səhifəmdə özünü idarə edə bilməyən insanlar anında oradan uzaqlaşdırılır. Çünki mənim komandam sosial şəbəkələrdəki səhifələrimi diqqətdə saxlayırlar". Ümumiyyətlə, sosial şəbəkələrdən birdəfəlik getmək arzusundayam. Heç bir səhifədə olmaq istəmirəm. Bu məni yorur, vaxtımı alır. Gözəl tərəfi odur ki, mən tamaşaçılarıma yaxınam, ancaq çirkab çox olduğu üçün tez bezirəm. Başa düşürəm ki, bu həyatın adamı deyiləm. Mənimki konsertdi, yaradıcılıqdır.
Ayşən Zeynallı