Sumqayıtda toyda ölüm hadisəsi baş verib
Sumqayıtda yerləşən şadlıq saraylarından birində 1955-ci il təvəllüdlü Əliflan Yarəliyev toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib. Yaxınları ona kömək göstərməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/sumqay%C4%B1tda-toyda-%C3%B6l%C3%BCm-hadis%C9%99si-ba%C5%9F-verib

