Sumqayıtda avtomobil ağaca çırpılıb, Göygöldə isə aşıb
Sumqayıtda 2003-cü il təvəllüdlü Şəmsəddin Əmrullayevin idarə etdiyi "Mercedes-Benz C180" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 2003-cü il təvəllüdlü Zakir İbrahimli, 2003-cü il təvəllüdlü Leyla Maluni və 1999-cu il təvəllüdlü İlkin Qurbanov müxtəlif dərəcəli xəsarətlər alıblar.Göygöldə isə minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
url:
http://kepezfm.az/xeberler/sumqay%C4%B1tda-avtomobil-a%C4%9Faca-%C3%A7%C4%B1rp%C4%B1l%C4%B1b-g%C3%B6yg%C3%B6ld%C9%99-is%C9%99-a%C5%9F%C4%B1b

