Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni su mənbələri gələcəkdə digər rayonların su təminatında da istifadə oluna bilər.Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib.Hazırda inşa edilən su anbarları və infrastruktur ilk növbədə bölgədə məskunlaşmanın su tələbatını qarşılamaq üçün nəzərdə tutulub.Gələcəkdə əlavə ehtiyac yaranarsa, bəzi rayonlara magistral xətlər vasitəsilə bu mənbələrdən suyun ötürülməsi imkanları da qiymətləndirilə bilər.Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarlarının yaradılması və su infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.Həmçinin Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub, sağ sahil kanalının yenidən qurulması üçün hazırlıq işləri davam edir.

url: 
http://kepezfm.az/xeberler/su-q%C4%B1tl%C4%B1%C4%9F%C4%B1-ya%C5%9Fayan-rayonlara-qaraba%C4%9Fdan-magistral-x%C9%99tl%C9%99r-%C3%A7%C9%99kil%C9%99-bil%C9%99r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik