Sosial şəbəkədə tanış olduğu şəxsdən narkotik alıb-satan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.Araşdırma davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99d%C9%99-tan%C4%B1%C5%9F-oldu%C4%9Fu-%C5%9F%C9%99xsd%C9%99n-narkotik-al%C4%B1b-satan-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

