Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub. Əməliyyatla dələduzluqda şübhəli bilinən 32 yaşlı Orxan Həsənov saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, o, “TikTok”da quzu satışı barədə elanlar yerləşdirib, müraciət edən şəxslərdən beh aldıqdan sonra isə əlaqəni kəsib.
url:
http://kepezfm.az/xeberler/sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99d%C9%99-d%C9%99l%C9%99duzluq-ed%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

