Slovakiya Qarabağda yeni layihələr planlaşdırır
Slovakiya Qarabağda yeni layihələr həyata keçirməyi planlaşdırır.Bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.Hazırda Slovakiya Ağdamda “Ağıllı kənd” layihəsini həyata keçirir. Növbəti mərhələdə isə Ağdamda “Forest Park” layihəsinin reallaşdırılması planlaşdırılır.Diplomat qeyd edib ki, layihə əsasən sosial yönümlü olacaq.Slovakiya Qarabağda kənd təsərrüfatı sahəsində də əməkdaşlıqda maraqlıdır. Slovakiya şirkətləri bu istiqamətdə layihələrdə iştirak etmək və öz təcrübələrini bölüşmək istəyirlər.
url:
http://kepezfm.az/xeberler/slovakiya-qaraba%C4%9Fda-yeni-layih%C9%99l%C9%99r-planla%C5%9Fd%C4%B1r%C4%B1r

