Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir nəfər tutulub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb. Faktla bağlı bir sıra vəzifəli şəxslər və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilib, bəziləri həbs olunub, digərləri barəsində beynəlxalq axtarış elan edilib. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/siqaret-qa%C3%A7aqmal%C3%A7%C4%B1l%C4%B1%C4%9F%C4%B1-%C3%BCzr%C9%99-daha-bir-n%C9%99f%C9%99r-saxlan%C4%B1l%C4%B1b

