Canlı
Sima Nəsirova “Eşq” klipini təqdim etdi

Sima Nəsirova “Eşq” klipini təqdim etdi

Müğənni Sima Nəsirova yeni klipi üçün təqdimat mərasimi keçirib. İfaçı sözləri Leyli Erola, musiqisi və aranjimanı Tərlan Məmmədhüseynova aid olan “Eşq” mahnısına çəkdirdiyi klipini nümayiş etdirib. Səbəbkar yeni işi haqda ətraflı məlumat verib:
“Səhnəyə gəldiyim ilk gündən həmişə çalışmışam ki, başqaları kimi olmayım. Seçilmək, fərqlənmək daim əsas istəyim olub. İnanıram ki, klipi izləyən hər kəs bu fərqi hiss edəcək. Orxan Məmmədli və onun yaradıcı komandası tam istədiyim klipi mənim üçün çəkdilər. Klipin süjet xətti yoxdur. Orxanın ideyasına görə, ətrafımdakı qızlar, mənim arzu və hisslərimin obrazıdır. Onlar mənim iç dünyamı, sənətimə necə aşiq olduğumu ekranlara daşıyır".S.Nəsirova kliplə bərabər yeni fotosessiya da etdirib.

Klipi bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?time_continue=2&v=sQ0CAh5pemU

2017-12-06 / 18:27