Silsilə oğurluq törədən şəxs saxlanılıb
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda evin zirzəmisindən məişət əşyaları, tikiş sexindən, yarımtikilidən və şirkətlərdən ümumilikdə 10 min 880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb.O, cinayət izlərini gizlətmək məqsədilə müşahidə kameralarını da sıradan çıxarıb.Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən D. Həsənov saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb.
url:
http://kepezfm.az/xeberler/silsil%C9%99-o%C4%9Furluq-t%C3%B6r%C9%99d%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1l%C4%B1b

