SEPAH ABŞ obyektlərinə zərbələr endirdiyini açıqlayıb
SEPAH bəyanat yayıb ki, Hörmüz boğazında 2 Amerika gəmisi, 8 neft tankeri və digər ölkələrin bayrağı altında üzən 10 gəmini hədəfə alıb.Hücumlar ABŞ-nin İranın 5 neft tankerinə zərbələrinə cavab olaraq həyata keçirilib. SEPAH gəmilərə ciddi ziyan vurulduğunu iddia edib.Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı daha əvvəl İranın 5 neft tankerini məhv etdiyini açıqlamışdı.
url:
http://kepezfm.az/xeberler/sepah-ab%C5%9F-obyektl%C9%99rin%C9%99-z%C9%99rb%C9%99l%C9%99r-endirdiyini-a%C3%A7%C4%B1qlay%C4%B1b

