Canlı
Selena Qomes və Castin Biber yenidən ayrıldılar

Selena Qomes və Castin Biber yenidən ayrıldılar

25 yaşlı Selena Qomes və 24 yaşlı Castin Biber münasibətlərinə ara veriblər. Son vaxtlar cütlük ancaq davalarla gündəmə gəlirdilər.
Sonuncu mübahisə isə onları ayrılıq həddinə çatdırıb. Castin və Selena bir-birini çox sevdiyini, amma yorulduqlarını bildiriblər. Yaxınları onların bir-birindən dincəlməyə ehtiyacları olduğunu söyləyib: "Onlar yenidən birləşəcəklər. Amma bir az dincəlməlidirlər". Selena və Biber uzun ayrılıqdan sonra ötən ilin oktyabrında birləşmişdi.

2018-03-09 / 08:58