Saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb
Bakının Hövsan qəsəbəsində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsində ciddi qanun pozuntuları aşkarlanıb.AQTA və polis əməkdaşlarının yoxlaması zamanı sənədsiz xammal, yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, eləcə də etiket məlumatları olmayan turşular müəyyən edilib. Həmçinin süd məhsullarının təkrar istifadə olunan qablara qablaşdırıldığı aşkarlanıb.Maraqlı məqamlardan biri isə bəzi turşu və kolbasa məhsullarının Bakıda istehsal olunmasına baxmayaraq, etiketlərində ünvan kimi İsmayıllının İvanovka kəndinin göstərilməsidir.“Malakanka” MMC barəsində protokol tərtib olunub, məhsulların satışı qadağan edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
url:
http://kepezfm.az/xeberler/saxta-ivanovka-m%C9%99hsullar%C4%B1-istehsal-ed%C9%99n-sex-ba%C4%9Flan%C4%B1b

