Samuxdakı bağçada istilik problemi ilə bağlı Kəpəz FM-ə açıqlama verilib

Samux şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında istilik təminatında yaranan problemlə bağlı valideynlərin şikayətinə aydınlıq gətirilib.Valideynlər bildiriblər ki, noyabrın 15-dən etibarən bağçada istilik verilmir.Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem həllini tapmayıb.Məsələ ilə bağlı bağçadan Kəpəz FM-in sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 15-dən 23-dək istiliyin verilməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.Qeyd olunub ki, yalnız noyabrın 23-də yaranan qısamüddətli texniki nasazlıq səbəbindən istilik təminatında fasilə olub. Nasazlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülüb və istiliyin verilişi tam bərpa edilib.Hazırda bağçada istilik təminatı normal qaydada həyata keçirilir.

url: 
http://kepezfm.az/xeberler/samuxdak%C4%B1-ba%C4%9F%C3%A7ada-istilik-problemi-il%C9%99-ba%C4%9Fl%C4%B1-k%C9%99p%C9%99z-fm-%C9%99-a%C3%A7%C4%B1qlama-verilib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik