Samuxda taxıl biçininə hazırlıq işləri gücləndirilib
Samux rayonunda bu il 11 min 884 hektar sahədə dənli bitkilərin səpini aparılıb. Hazırda rayonda biçin kampaniyasına hazırlıq işləri görülür.Rayon icra hakimiyyətindən verilən məlumata görə, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə xüsusi qərargah yaradılıb.Texnikalar yoxlanılır, kombaynlar saz vəziyyətə gətirilir. Yanğın təhlükəsinin qarşısını almaq üçün fermerlərlə maarifləndirici görüşlər keçirilir. Ötən il Samuxda 44 min tondan çox taxıl məhsulu əldə olunub.
url:
http://kepezfm.az/xeberler/samuxda-tax%C4%B1l-bi%C3%A7inin%C9%99-haz%C4%B1rl%C4%B1q-i%C5%9Fl%C9%99ri-g%C3%BCcl%C9%99ndirilib

