Samuxda ilin ilk məhsul festivalı keçirilib
Samux Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı III Ərik festivalı və Aqrar Biznes Festivalı keçrilib.Samux parkında keçirilən festivalda rayonun kənd təsərrüfatı potensialı, milli mətbəxi və mədəni irsi nümayiş olunub. Ərikin müxtəlif növləri, ondan hazırlanan məhsullar, eləcə də aqrar sahədə müasir texnologiyalar və avadanlıqlar sərgilənib.
url:
http://kepezfm.az/xeberler/samuxda-ilin-ilk-m%C9%99hsul-festival%C4%B1-ke%C3%A7irilib

