Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaq Assambleyası çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.Tərəflər Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib.İkitərəfli münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, qanunverici orqanlar arasında əməkdaşlığın rolunu önə çəkiblər.Görüşdə, həmçinin regional məsələlər, humanitar əlaqələr və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://kepezfm.az/xeberler/sahib%C9%99-qafarova-rusiyal%C4%B1-h%C9%99mkar%C4%B1-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9Fd%C3%BC

