Sahibə Qafarova Buxarada bir sıra beynəlxalq görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumu çərçivəsində bir sıra görüşlər keçirib. Milli Məclis sədrinin Dünyagözəl Qulmanova, Maryam Majid Bin Zeneya və Tənzilə Narbayeva ilə görüşlərində parlamentlərarası əməkdaşlıq, regional tərəfdaşlıq və qadınların ictimai-siyasi həyatda rolu müzakirə olunub.Tərəflər ölkələr arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
url:
http://kepezfm.az/xeberler/sahib%C9%99-qafarova-buxarada-bir-s%C4%B1ra-beyn%C9%99lxalq-g%C3%B6r%C3%BC%C5%9Fl%C9%99r-ke%C3%A7irib

