Sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Bakının Biləcəri qəsəbəsində avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Toqquşmadan sonra avtobus yol kənarında yerləşən obyektə çırpılıb. Avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/s%C9%99rni%C5%9F-avtobusu-iki-minik-avtomobili-il%C9%99-toqqu%C5%9Fub

