Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib
Havaların soyuması və bağçalarda dərslərin başlaması uşaqlar arasında mövsümi respirator infeksiyaların yayılmasına şərait yarada bilər. Səhiyyə Nazirliyindən bildirilib ki, düzgün gigiyena qaydalarına əməl etməklə riski azaltmaq mümkündür. Valideynlərə uşaqların düzgün qidalanmasına, yuxu rejiminə və şəxsi gigiyenasına diqqət yetirmək tövsiyə olunur. Qızdırma, öskürək, səpgi, qusma və ya ishal olan uşaqlar tam sağalana qədər bağçaya aparılmamalıdır. Bağçalarda isə otaqlar mütəmadi havalandırılmalı və təmizliyə diqqət edilməlidir.
url:
http://kepezfm.az/xeberler/s%C9%99hiyy%C9%99-nazirliyi-u%C5%9Faqlar%C4%B1-ba%C4%9F%C3%A7aya-ged%C9%99n-valideynl%C9%99r%C9%99-m%C3%BCraci%C9%99t-edib

