Səfir: Britaniya minatəmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək
Böyük Britaniya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirəcək.Bunu ölkənin Azərbaycandakı səfiri Dankan Norman bildirib. O qeyd edib ki, əsas məqsəd keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına töhfə verməkdir.Səfir noyabrın 12-də iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalandığını xatırladıb. O, britaniyalı mütəxəssislərin Qarabağda bərpa işlərində də iştirak etdiyini vurğulayıb.Böyük Britaniya 2020-ci ildə ANAMA-ya dəstək göstərən ilk ölkə olub və bu istiqamətdə əməkdaşlığı davam etdirəcək.
url:
http://kepezfm.az/xeberler/s%C9%99fir-britaniya-minat%C9%99mizl%C9%99m%C9%99-i%C5%9Fl%C9%99rind%C9%99-az%C9%99rbaycana-d%C9%99st%C9%99yini-davam-etdir%C9%99c%C9%99k

