Səbinə gənc ifaçıları tənqid etdi

Səbinə gənc ifaçıları tənqid etdi

Müğənni Səbinə Babayeva şou-biznesə yeni gələn ifaçıları tənqid edib.

Sənətçi açıqlamasında onları bir-birini təkrarlamaqda günahlandırıb:

"Azərbaycan estradası sıfır dərəcədədir. 30 il əvvəl Bakıda başqa musiqi var idi. Nə qədər eyni stil - 6/8 formada oxumaq olar? Hamı toy mahnısı oxuyur. Bir alboma 12 mahnı daxil edirlər, hamısı toy stilində. Gedin Vaqif Gərayzadəyə, Eldar Mansurova müraciət edin. Heç olmasa iki mahnısı estrada stilində oxuyun.

Yeni gələnlər özləri sıfırdır, başqası olmaq istəyirlər. Siz başqasını yamsılayaraq, onun qədər sevilmək istəyirsiniz? Toy oxuyaraq nəsə əldə etmək istəyirlər, düzgün deyil".

Ayşən Zeynallı