Süni intellekt Azərbaycan fermerlərini zərərvericilərin yayılması barədə vaxtında xəbərdar edəcək
Azərbaycanda süni intellekt vasitəsilə fermerlərə bitkilərdə xəstəlik və zərərvericilərin yayılması barədə 72 saat əvvəl xəbərdarlıq ediləcək.Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, sistem bitkilərin vəziyyətini izləyəcək, xəstəlik və zərərverici risklərini müəyyənləşdirəcək, həmçinin məhsuldarlıq və suya tələbatı proqnozlaşdıracaq. Hazırda hava məlumatları 151 iqlim stansiyasından alınır. Daha 30 stansiyanın quraşdırılması planlaşdırılır. Yeni sistemin əsas məqsədi kənd təsərrüfatında itkilərin qarşısını əvvəlcədən almaq və fermerlərə vaxtında tövsiyələr verməkdir.
url:
http://kepezfm.az/xeberler/s%C3%BCni-intellekt-az%C9%99rbaycan-fermerl%C9%99rini-z%C9%99r%C9%99rvericil%C9%99rin-yay%C4%B1lmas%C4%B1-bar%C9%99d%C9%99-vaxt%C4%B1nda-x%C9%99b%C9%99rdar

