Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtomobil idarə edərkən TikTok-da canlı yayımlar açan sürücülərə xəbərdarlıq edib.Qurumdan bildirilib ki, son dövrlər sükan arxasında mobil telefondan istifadə edən və sosial şəbəkələrdə canlı yayıma qoşulan sürücülərə rast gəlinir.Belə davranışlar sürücünün diqqətini yoldan yayındırır və yol-nəqliyyat hadisəsi riskini artırır. Müşahidə kameralarının qeydə aldığı bəzi qəzaların da məhz diqqətsizlik səbəbindən baş verdiyi müəyyənləşdirilib.Mərkəz sürücüləri sosial şəbəkələrdə izləyici və bəyənmə toplamaq naminə özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa, sükan arxasında diqqətli və məsuliyyətli olmağa çağırıb.
url:
http://kepezfm.az/xeberler/s%C3%BCkan-arxas%C4%B1nda-tiktokda-canl%C4%B1-yay%C4%B1m-a%C3%A7an-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99r%C9%99-x%C9%99b%C9%99rdarl%C4%B1q-edilib

