Canlı
Söylü və Moşu illər sonra eyni səhnədə

Söylü və Moşu illər sonra eyni səhnədə

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra eyni səhnəni bölüşüblər.

Aktyorlar yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət olunublar. Teatrda A.Bəşirqızı və V.Kərimovun iştirakı ilə "Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” tamaşası nümayiş edilib.

Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin çıxışı maraqla qarşılanıb. Komediya janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular tamaşaçılara təqdim olunub.

Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış ediblər.