Rusiyadan Azərbaycana üç nəfər ekstradisiya olunub
Azərbaycanın beynəlxalq axtarışda olan bir neçə vətəndaşı saxlanılıb. Ənvər Tağıyev Ukraynada, Nahid Əlicanlı və Renad Orucov isə Rusiyada saxlanılıb. Ənvər Tağıyev qaçaqmalçılıqda, Renad Orucov dələduzluqda, Nahid Əlicanlı isə hərbi xidmətdən yayınmaqda şübhəli bilinir. Nahid Əlicanlı və Renad Orucov artıq Azərbaycana gətirilib, Ənvər Tağıyevin isə Ukraynadan ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
url:
http://kepezfm.az/xeberler/rusiyadan-az%C9%99rbaycana-%C3%BC%C3%A7-n%C9%99f%C9%99r-ekstradisiya-olunub

