Rusiya PUA-larının vurduğu Türkiyə gəmisində azərbaycanlılar da olub
Türkiyəyə məxsus, qarğıdalı daşıyan yük gəmisi neytral sularda iki Rusiya PUA-sının hücumuna məruz qalıb. Gəminin heyətində Azərbaycan və Hindistan vətəndaşları da olub. Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb ki, hadisə nəticəsində kapitan ölüb, 11 heyət üzvü xilas edilib, onlardan biri yaralanıb, bir nəfərin taleyi isə məlum deyil. Zelenski qlobal ərzaq təhlükəsizliyinin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb və vurğulayıb ki, bu məsələdə maraqlı olan hər kəs gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə köməklik göstərməlidir.
url:
http://kepezfm.az/xeberler/rusiya-pua-lar%C4%B1n%C4%B1n-vurdu%C4%9Fu-t%C3%BCrkiy%C9%99-g%C9%99misind%C9%99-az%C9%99rbaycanl%C4%B1lar-da-olub

