Rusiya BMT-nin qətnaməsindən narazıdır
Rusiya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədən narazıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, İranın özünümüdafiə hüququ var.Xatırladaq ki, martın 11-də Təhlükəsizlik Şurası Bəhreynin təqdim etdiyi qətnaməni qəbul edib. Səsvermə zamanı Rusiya və Çin bitərəf qalıb.Sənəddə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyaya hücumları pislənib. Qətnamədə isə ABŞ və İsrailin adı çəkilməyib.
url:
http://kepezfm.az/xeberler/rusiya-bmt-nin-q%C9%99tnam%C9%99sind%C9%99n-naraz%C4%B1d%C4%B1r

