Romada Azərbaycanın mina problemi fotofaktlarla nümayiş etdirilib
Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya 2026-cı il oktyabrın 17-də İtaliyanın paytaxtı Roma şəhərində təşkil olunub.Avropa boyunca ardıcıl həyata keçirilən bu təşəbbüs Azərbaycanın mina problemi barədə beynəlxalq ictimaiyyətə ünvanlanan davamlı humanitar çağırışa çevrilib. Ermənistan və Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və hər yeni mina qurbanı bu humanitar problem daha da aktuallaşdırır.
url:
http://kepezfm.az/xeberler/romada-az%C9%99rbaycan%C4%B1n-mina-problemi-fotofaktlarla-n%C3%BCmayi%C5%9F-etdirilib

