Rihanna ana olmaq istəyir

Rihanna ana olmaq istəyir

31 yaşlı dünya ulduzu Rihanna məşhur jurnallardan biri üçün həm fotosessiya etdirib, həm də həyatı haqqında açıqlamalar verib. Ərəb milyarder Həsən Cəmil ilə görüşən müğənni müsahibəsində aşiq olduğunu etiraf edib. Lakin Rihanna onu da əlavə edib ki, toyun baş tutub-tutmayacağını sadəcə Allah bilir. Dünyada hər şeydən çox ana olmaq istədiyini bildirən ulduz deyib ki , yalnız son bir neçə ildə özünə vaxt ayırmağın nə qədər vacib olduğunu başa düşüb, çünki ruh sağlamlığı buna bağlıdır.

Nurlana Abdullayeva

2019-06-12 15:43