Restoranda qanunsuz saxlanılan heyvanlar aşkarlanıb
Sabirabadda restoranda baytar nəzarəti olmadan iki tovuzquşu, üç qırqovul və 15 göyərçin saxlandığı aşkar edilib. Quşların heyvan parklarına təhvil verilməsi, saxlanıldığı yerlərin təmizlənməsi, dezinfeksiya olunması və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi tapşırılıb. Təlimatlara əməl olunmadığı halda qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək.
url:
http://kepezfm.az/xeberler/restoranda-qanunsuz-saxlan%C4%B1lan-heyvanlar-a%C5%9Fkarlan%C4%B1b