Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor və baş həkim təyin olunub
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni rəhbərlik təyin olunub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Pərviz Hacıyev direktor, Elçin Mustafayev isə direktor müavini – baş həkim vəzifəsinə gətirilib. Yeni rəhbərlik kollektivə təqdim olunub, onlara müvafiq tapşırıqlar verilib.
url:
http://kepezfm.az/xeberler/respublika-klinik-uroloji-x%C9%99st%C9%99xanas%C4%B1na-yeni-direktor-v%C9%99-ba%C5%9F-h%C9%99kim-t%C9%99yin-olunub

