Renkanı qadınlar həyat yoldaşlarını təbrik etmək üçün çağırırmış...

Renkanı qadınlar həyat yoldaşlarını təbrik etmək üçün çağırırmış...

İlanı boynunda, ətəyi qoynunda Rəna Ağamuradova, hamının tanındığı formada desək, Renka rəqqasəliyi ilə çoxlarını ürək xəstəliyinə salıb. Öz həmkarlarını isə sözün əsl mənasında sirkəliyən rəqqasənin planında nələr var? O, bu sənətin daşını nə zaman atacaq?

Uşaq yaşlarından iki arzusu olan Renka sən demə, elə o vaxtdan rəqqasəlik üçün yanıb yaxılırmış. Hə... bax bu yanıb yaxılma nəticədə onu rəqqasəlik alovunun qoynuna atdı.

Renka: “Həyatımda iki arzum olub. Bir stilist olmaq, bir də rəqqasə. 19 yaşımdan stilis kimi fəaliyyətə başladım. Sonra səhhətimlə bağlı işləyə bilmədim və sənətimi atdım. Keçdim rəqqasəliyə”.

“5 yaşımdan əllərim həmişə havada olub. Hamı sakit dururdu, mən də həmişə oynayırdım. Rəqs mənim həyatımda hər zaman olub”.

Renka Kleopatra ilə tanışlığı haqda da danışdı. Yox, fikriniz Misirə gedib çıxmasın. Bildiyiniz o Kleopatradan yox, rəqqasənin ilanından söhbət gedir.

Renka: “Dörd il qabaq bir qorxu filmi nümayiş olunmuşdu. Onun bir səhnəsində qız ilanla oynayır. Bizə də sarı ilan lazım oldu. İlan tapıldı. Sözün düzü, ilk dəfə çox qorxdum. Məndən həmin səhnəni canlandırmağımı istədilər. Əvvəlcə qorxsam da, sonra öyrəşdim. Həmin vaxtdan biz dayanmadan ilanla işləməyə başladıq”.

Bəzən rəqqasələr orientalla yola çıxıb sonda milli rəqslərdə dayanırlar. Hətta onlar əvvəllər oriental ifa etmələrindən utanıb zirə pomidoruna dönürlər. Bəs səndə vəziyyət necədir?

Renka: “Həmişə demişəm, klublarda da oynamışam, “Go go” da oynamışam. Hətta ondan belə utanmamışam”.

Renka, iki övladın var, onlar sənin rəqqasəlik etməni necə qarşılayırlar, dəstək olurlarmı?

Renka: “Mənim iki övladlım var, bir uşağım da bacımındı. Mənə ana deyir. Hər zaman yanımdadır. Ona görə də, hamı elə bilir ki, mənim övladımdır. Uşaqları çox sevirəm. Əlacım olsaydı, beş-altı uşağım olardı”.

“Elə olub ki, uşaqlarımı xınayaxdıya aparmışam. Qoymağa yerim olmayıb. Baxıb, rəqsimi xoşlayıblar. Yəni mən onlara başa salıram ki, paltarımı dəyişirəm, oluram normal ana. Yəni burda qeyri-adi heç nə yoxdur. Mən də evdar bir xanımam. Mən də evdə yemək bişirə bilirəm. Evlərimi təmizləyirəm”.

Renka, məclislərə rəqqasə kimi gedəndə qadınlar həyat yoldaşlarını sənə qısqanmırlar ki? Aranızda hansısa problem yaşanmayıb ki?

Renka: “Keçən dəfə evdə idim. Bir xanım zəng etdi ki, saat 12-dən sonra gedib mənim həyat yoldaşımı təbrik edə bilərsiz. Dedim ki, problem yoxdur. Belə sifarişlər çox olub. Qadınlar zəng edib ki, gedib mənim mənim həyat yoldaşımı təbrik edə bilərsiz. Mən özümə qarşı neqativ bir şey görməmişəm”.

Renka 31 yaşı olmasına baxmayaraq, bir il sonra bu işlə məşğul olmayacağını açıqladı.

Renka: “Artıq orientalın bir ili qalıb. Gələn il çətin ki, oriental oynayım. Yəqin ki, biznes quraram .Və ya qrupum olar, dərs verərəm. Onsuz rəqsi birdəfəlik ata bilmərəm”.