"Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı
Bakıda polisin keçirdiyi əməliyyatla xaricdən “Range Rover” və digər markalı avtomobillər gətirəcəyini vəd edərək vətəndaşın 261 min 130 manatını dələduzluq yolu ilə ələ keçirən Ülvi Cəlilzadə həbs edilib. Zərərçəkmiş şəxs vəsaiti xarici bank hesabına köçürsə də, avtomobillər gətirilməyib. Təqdim olunan sənədlərin də saxta olduğu müəyyən edilib.Faktla bağlı araşdırma davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/range-rover-g%C9%99tir%C9%99c%C9%99y%C9%99m-deyib-261-min-manatdan-%C3%A7ox-pul-ald%C4%B1

