Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.
url:
http://kepezfm.az/xeberler/ramiz-mehdiyev-bar%C9%99sind%C9%99-ev-dustaql%C4%B1%C4%9F%C4%B1-q%C9%99timkan-t%C9%99dbiri-se%C3%A7ilib