Ramil Cahangirov: "Şəhərsalma və mina təmizləmə proseslərində koordinasiya xüsusi əhəmiyyət daşıyır"
Azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri əvvəlcədən hazırlanmış planlara uyğun şəkildə həyata keçirilir. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov WUF13 çərçivəsində danışıb.Ramil Cahangirov vurğulayıb ki, bütün infrastruktur və yaşayış layihələri şəhərsalma norma və standartlarına uyğun icra olunur, əsas prioritet təhlükəsizlikdir. Bu səbəbdən ilk mərhələdə ərazi tam təhlükəsiz elan edilməli, yalnız bundan sonra tikinti və digər işlərə başlanmalıdır.Şəhərsalma və mina təmizləmə proseslərində koordinasiya xüsusi əhəmiyyət daşıyır.
url:
http://kepezfm.az/xeberler/ramil-cahangirov-%C5%9F%C9%99h%C9%99rsalma-v%C9%99-mina-t%C9%99mizl%C9%99m%C9%99-prosesl%C9%99rind%C9%99-koordinasiya-x%C3%BCsusi-%C9%99h%C9%99miyy%C9%99t

