Rəsmi Bakı vətəndaşlarını münaqişə zonalarına səfərlərdən çəkinməyə çağırıb
Azərbaycanın Xarici İşlər Nazirliyi dünyada artan gərginlik və Ukrayna ilə Yaxın Şərqdə davam edən münaqişələrin beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirib.Nazirlik qeyd edib ki, münaqişə zonalarında olan Azərbaycan vətəndaşlarının həlak olması və ya xəsarət alması halları qeydə alınır. Vətəndaşlara xaricə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmək, rəsmi xəbərdarlıqları nəzərə almaq və hərbi əməliyyatların getdiyi ərazilərdən uzaq durmaq tövsiyə olunub.XİN həmçinin vurğulayıb ki, xarici ölkələrdə silahlı münaqişələrdə muzdlu və ya könüllü şəkildə iştirak Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.
url:
http://kepezfm.az/xeberler/r%C9%99smi-bak%C4%B1-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1-m%C3%BCnaqi%C5%9F%C9%99-zonalar%C4%B1na-s%C9%99f%C9%99rl%C9%99rd%C9%99n-%C3%A7%C9%99kinm%C9%99y%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

