Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı son açıqlamasını iki ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd hesab edib.Nazirlik Azərbaycanın ərazisindəki tarixi və coğrafi toponimlərin digər adlarla təqdim edilməsinin qəbuledilməz olduğunu bildirib. XİN bəyanatda qeyd edib ki, dini qurumlar iki xalq arasında formalaşmış dostluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməlidir.
url:
http://kepezfm.az/xeberler/r%C9%99smi-bak%C4%B1-g%C3%BCrc%C3%BCstan-patriarxl%C4%B1%C4%9F%C4%B1n%C4%B1-erm%C9%99nistan-kils%C9%99sinin-m%C3%B6vqeyini-t%C9%99krarlamama%C4%9F-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

