Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Jan-Noel Baronun Azərbaycanla bağlı səsləndirdiyi iddiaları qətiyyətlə pisləyib. XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki proseslərə müdaxiləsi barədə ittihamlar əsassızdır. Nazirlik Fransanı bu cür iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırıb.
url:
http://kepezfm.az/xeberler/r%C9%99smi-bak%C4%B1-fransan%C4%B1-az%C9%99rbaycanla-ba%C4%9Fl%C4%B1-%C9%99sass%C4%B1z-iddialara-son-qoyma%C4%9F-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

