Canlı
Rıza Zərrabın Türkiyədə həbs qərarı çıxarıldı

Rıza Zərrabın Türkiyədə həbs qərarı çıxarıldı

Cənubi Azərbaycandan olan iş adamı Rıza Zərrabla bağlı yeni xəbər yayılıb. Zərrab haqqında Beykoz Kanlıcada satın aldığı tarixi evlərdə Mədəniyyət və Təbiət varlıqlarını qoruma qanunlarına zidd təmirlər etdirdiyi iddiası ilə 3 il həbsi istənilib. Baş tutan məhkəməyə Rıza və vəkili qatılmayıb. Buna səbəb isə onun hazırda Amerikada olması göstərilib. Bəzi xəbərlərdə Rızanın Amerikada sərbəst buraxıldığı yazılıb. Buna görə də hakim bunun gerçək və ya yalan olduğunun araşdırılmasını deyib. Məhkəmə Zərrabın həbs edilməsinə qərar verib. Yaxın günlərdə məhkəmənin növbəti iclası keçiriləcək.

2018-11-06 / 08:52