Canlı
Röyadan küsülü olduğu Xəyyamla bağlı paylaşım: "Eşqim..."

Röyadan küsülü olduğu Xəyyamla bağlı paylaşım: "Eşqim..."

Əməkdar artist Röya Ayxan küsülü olduğu keçmiş dostu Xəyyam Nisanovla bağlı paylaşım edib. Müğənni ifaçının yeni klipini İnstaqram səhifəsində paylaşıb. Röya videoya "Xəyyam, bunu aldın da hə? Gör, oğlan oyuncağı neçəyədir? Xeyirli olsun, eşqim" sözlərini yazıb. R.Ayxanın paylaşımına Xəyyam heç bir şərh yazmayıb. Qeyd edək ki, Röya ilə Xəyyam arasındakı incikliyi ifaçının köməkçisi də təsdiqləmişdi. Hətta bu küsülülüyə görə, X.Nisanovun Röyanı Rusiya toylarından uzaqlaşdırdığı da bildirilib.

2019-01-10 / 11:33