Röya: "Bu sualı mənə verməyin qorxuram"

Röya: "Bu sualı mənə verməyin qorxuram"

Azərbaycanın əməkdar artisti Röya Ayxan tədbirlərin birində müxbirlərin suallarını cavablandırıb.

- Mahnılarınızı ifa edəndə çox emosional olursunuz. Ümumiyyətlə, Röyanı həmişə çılğın və şıltaq görməyə alışmışıq. Bu gün isə çox sakit və mülayim görünürsünüz.

- Elə də olmalıdır, çünki sakit oxumaq olmur. Mahnının uğurlu alınması üçün bütün duyğularını ona ötürmək vacibdir.

- Sizin üçün musiqi qəlbinizdəki üsyanı ifadə etməyin bir üsuludur, yoxsa ki, ürəyinizi rahatlaşdırmaq üçün vasitə?

- Nədənsə əksəriyyət insan elə düşünür ki, mahnılarımın çoxunu özüm haqqında oxumuşam. Amma heç kimin ağlına gəlmir ki, aktyor, yazıçı, şair başqalarının həyatından da nələrsə götürür. Belə hallar məndə də olur. Ətrafımda olan hər hansı insanın yaşadıqlarından təsirlənirəm və bu, mahnılarımda öz əksini tapır.

- Ola bilməz ki, öz həyatınızda baş verənlər də yaradıcılığınıza təsir etməsin?

- Əlbəttə, olar. Əgər əhval-ruhiyyəm yaxşıdırsa, bütün gün üzüm gülürsə, kədərli mahnını oxuya bilmərəm. Mahnıdakı kədəri hiss etməli və yaşamalıyam.

- İkinci dəfə ana olmağı düşünürsünüz?

- Yaxınlarımla belə zarafatlar çox edirəm. Hətta toyuma çağırmadığım insanlar məni görəndə “Bizi niyə dəvət etməmisən?” deyə şikayət edirdilər. Mən də zarafatla cavab verirdim ki, “Narahat olmayın ikinci dəfə ərə gedəndə sizi mütləq dəvət edəcəyəm”. Deyib-gülməyi sevən insan olduğum üçün zarafatımdan qalmıram. Amma ikinci dəfə ana olmağı düşünmürəm.

- Böyük məsuliyyət olduğu üçün?

- İstəmirəm, Hüseyn bəsdir. Övlad dünyaya gətirmək asandır, ona tərbiyə vermək, böyütmək, layiqli şəxsiyyət və xeyirli övlad kimi yetişdirmək çox çətindir. Bütün gücümlə onun gələcəyi üçün çalışıram. Həm də mənim qardaşlarım var, onları düşünməliyəm. Nəsil-kök barəsində qayğılarım çoxdur.

- Onları özünüzdən daha çox fikirlərşirsiniz?

- Bəlkə də. Bacım uşaqları var, oğlumun tək olmasından narahat deyiləm.

- Bu qədər populyarlıq əldə etmək və hamının sevimlisi olmaq asan deyil. Həyatın çətinliklərindən və sınaqlarından alnı açıq, üzü ağı çıxmaq üçün nə etməlisən?...

- Allah istənilən insanı qəfil qaldıra bilər və gözələnilmədən bütün qazandəıqlarını əlindən ala bilər. Bir də insanın özünün iradəsindən asılıdır.

- Kənardan çox güclü görünürsünüz. Həqiqətən də güclüsünüz, yoxsa sadəcə insanlardan zəif tərəflərini gizlətməyə çalışan qadınsınız?

- Hərdən mənə elə gəlir ki, güclü deyiləm. Amma ağlayıb sakitləşirəm, problemlərin öhdəsindən gələndən sonra güclü olduğunu başa düşürsən. Sözsüz ki, zəif tərəflərim də var və onları başqalarının görməsini istəmərəm.

- 31 dekabrda Bakı Olimpiya Stadionunda keçirilən “Ən Yeni il” konsertinə hazırlıqlar necə gedir?

- Çox yaxşı. Özüm üçün şuba tikdirirəm.

- Açıq və soyuq havada toplaşan minlərlə insanı coşdura biləcəksiniz?

- Elə sual verməyin, çox qorxuram. Bu barədə düşünəndə səhnəyə çıxmazdan əvvəl çox həyəcanlı oluram.

- Hadisə, Murat Dalkılıç və Demet Akalının Bakıdakı konsertindən qazanacaqları məbləğ Türkiyə mətbuatında açıqlanıb. Həqiqətən də fantastik qiymətlərdir. Bu, sizi qıcıqlandırmır ki?

- Qətiyyən. Öz qazancımı demək istəmirəm, amma heç də elə düşünməyin ki, onlardan az alacam.

Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq