Rövşən Rüstəmov: "BTQ ilə sərnişin daşımaya dair konkret plan mövcud deyil"
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşımalarının həyata keçirilməsi ilə bağlı hazırda konkret plan yoxdur.Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib. BTQ layihəsi regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır. Marşrut yalnız iştirakçı ölkələr üçün deyil, həm də Çinlə Avropa arasında daşımalar üçün yeni imkanlar yaradır.Layihə ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınmaqla planlaşdırılsa da, hazırda bu istiqamətdə ölkələr arasında konkret razılaşma və ya plan mövcud deyil.
url:
http://kepezfm.az/xeberler/r%C3%B6v%C5%9F%C9%99n-r%C3%BCst%C9%99mov-btq-il%C9%99-s%C9%99rni%C5%9F-da%C5%9F%C4%B1maya-dair-konkret-plan-m%C3%B6vcud-deyil

