Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
AQTA Qurban bayramı ilə əlaqədar ölkədə heyvan kəsimi və satışına nəzarətin gücləndirildiyini açıqlayıb. Mayın 27-si və 28-də qurbanlıq heyvanların satışı və kəsimi yalnız əvvəlcədən müəyyən edilmiş məntəqələrdə həyata keçiriləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş heyvanların satışına icazə veriləcək. AQTA vətəndaşları küçə və ictimai yerlərdə heyvan kəsimi aparmamağa çağırıb və şübhəli hallarla bağlı “1003” Çağrı Mərkəzinə məlumat verməyi tövsiyə edib.
url:
http://kepezfm.az/xeberler/qurban-bayram%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-t%C9%99hl%C3%BCk%C9%99siz-heyvan-k%C9%99simi-v%C9%99-sat%C4%B1%C5%9F%C4%B1na-n%C9%99zar%C9%99t-g%C3%BCcl%C9%99ndirilib

